İlham Əliyev Oman Sultanını təbrik etdi

   İlham Əliyev Oman Sultanını təbrik etdi
  16 Noyabr 2019    Oxunub:2312
Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Əlahəzrət,

Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına daim sülh və firavanlıq diləyirəm".

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Oman   Sultan   Təbrik  





Xəbər lenti