6 ağac kəsdi, iş prokurorluğa göndərildi

6 ağac kəsdi, iş prokurorluğa göndərildi
  16 Noyabr 2019    Oxunub:1723
Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib.

Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edillib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib.



Azvision.az


Teqlər: Ağsu   Ağac   Cərimə   ETSN  





Xəbər lenti