Bakı-Sumqayıt yolu ilə bağlı iki layihə Nazirlər Kabinetinə göndərilib

 Bakı-Sumqayıt yolu ilə bağlı iki layihə Nazirlər Kabinetinə göndərilib
  16 Noyabr 2019    Oxunub:9062
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bak-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.

Bu barədə Azvision.az -a Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, hazırlanan iki layihə Nazirlər Kabinetinə təqdim olunub.
"Hazırda Bakı-Sumqayıt yolu 2 gediş, 2 gəliş olmaqla dörd zolaqlıdır. Bir istiqamət üzrə əlavə olaraq iki zolağın artırılması və genişləndirilməsi nəzərdə tutulub. Həmçinin, Xırdalan dairəsinə qalxan yolda da genişləndirmə işləri aparılmalıdır ki, həmin yerdə "butulka" effekti yaranmasın və avtonəqliyyat vasitələri dayanmadan hərəkət etsinlər".

A.Nəcəflinin sözlərinə görə, layihə qəbul olunarsa, ilin sonundan hazırlıq işlərinə, gələn ildən isə əsaslı işlərə başlanılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova tapşırıqlar verib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: AAYDA   Bakı   Sumqayıt   Yol  





Xəbər lenti