Sumqayıtda kütləvi zəhərlənmə - 13 nəfər xəstəxanalıq oldu

Sumqayıtda kütləvi zəhərlənmə -  13 nəfər xəstəxanalıq oldu
  16 Noyabr 2019    Oxunub:3209
Sumqayıt şəhərində yerləşən zavodda baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.
Bu baədə Azvision.az -a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb, 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

"Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonlarına doğru evə buraxılacaqları ehtimalı edilir", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Sumqayıt   Səhiyyə   Zəhərlənmə  





Xəbər lenti