Türkiyədə avtobus qəzası: Ölən və xeyli yaralı var

Türkiyədə avtobus qəzası:    Ölən və xeyli yaralı var
  16 Noyabr 2019    Oxunub:1694
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, hadisə Aksaray-Ankara magistralının 40-cı kilometrliyində baş verib. Belə ki, İstanbul-Mersin marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 45 nəfər xəsarət alıb. Yaralılardan 9-nun vəziyyəti ağırdır. Qəzaya səbəb havanın dumanlı olması göstərilir.

Azvision.az



Teqlər: Qəza   Türkiyə   Avrobus  





Xəbər lenti