“Sarı jiletlilər”ə görə metro stansiyaları bağlandı
"16 noyabr şənbə günü polis prefekturasının göstərişi ilə səhər saat 07:00-dan etibarən bəzi metro stansiyaları, keçid məntəqələri ictimaiyyət üçün bağlanıb", - deyə RATP-in açıqlamasında bildirilib.
Xüsusilə, şəhərin əsas prospektindəki stansiyalar, o cümlədən Yelisey ərazisi, Eyfel qülləsi, “Place de la Concorde”, parlament istiqamətinə doğu stansiyalar bağlanıb. Həmçinin, bu, 50-dən çox marşrut üzrə işləyən avtobusların da hərəkət sxeminə təsir göstərib.
Xatırladaq ki, "Sarı jiletlilər”in genişmiqyaslı etirazları 17 noyabr 2018-ci il tarixində Fransada yanacaq vergisinin, qazın qiymətlərini qaldırmamaq tələbi ilə başlayıb, daha sonra bir sıra digər tələblər irəli sürülüb.
Ənənəvi şənbə mitinqləri tez-tez etirazçılar və polis arasında iğtişaşlar və toqquşmalarla müşayiət olunur.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Paris Fransa Metro Stansiya