Qanunsuz ov edənlər saxlanılıb

Qanunsuz ov edənlər saxlanılıb
  16 Noyabr 2019    Oxunub:1846
Astarada qanunsuz ov edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Pensər və Bala Şahağac kəndləri ərazisində qanunsuz ov edən rayon sakinləri İ.Rufullayev və S.Rüstəmov, bir nəfər isə Lənkəran sakini S.İsmayılov saxlanılıb.

Onlardan müvafiq sənədləri olmayan İj-58 markalı 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: DİN   Astara  





Xəbər lenti