Stadionda atışma olub, yaralılar var - VİDEO

  16 Noyabr 2019    Oxunub : 1575
Stadionda atışma olub, yaralılar var - VİDEO
ABŞ-da məktəblər arasında keçirilən reqbi çempionatı zamanı atışma olub.
Azvision.az "ABC"ə istinadən xəbər verir ki, Nyu-Cersi ştatının Plezantvil şəhərində baş vermiş silahlı insident nəticəsində azı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmayıb. Polis faktla bağlı araşdırma aparır.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: Atışma   Stadion