Bakıda ikimərtəbəli binada yanğın olub

  15 Noyabr 2019    Oxunub : 760
Bakıda ikimərtəbəli binada yanğın olub
Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və içərisinə yığılan taxta tullantıları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Azvision.az

Teqlər: FHN   Yanğın