İŞİD-in əsas rəhbərlərindən biri həbs edilib

  15 Noyabr 2019    Oxunub : 1530
İŞİD-in əsas rəhbərlərindən biri həbs edilib
Ukraynada İŞİD terror təşkilatının liderlərindən biri həbs edilib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidməti, Gürcüstan Daxili İşlər Nazirliyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçirdiyi birgə əməliyyat zamanı İŞİD-in əsas rəhbərlərindən biri olan Əl Bara Şişani adlı Gürcüstan vətəndaşı həbs edilib.

Azvision.az

Teqlər: İŞİD   Terror   Ukrayna