Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini Mehman Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram və Məlikli kənd sakini Səbuhi Qədirovun evindən isə 481 qram marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Zərdab Rayon Polis Şöbəsinin araşdırmalar aparılır.
Azvision.az