Yunanıstan Baş naziri Bakıya gəlir

Yunanıstan Baş naziri Bakıya gəlir
  14 Dekabr 2013    Oxunub:912
Yunanıstanın Baş naziri Bakıda Trans-Adriatik boru xətti layihəsi üzrə sazişin imzalanması mərasimində iştirak edəcək.
Yunanıstanın Baş naziri Antonis Samarasın gələn həftə Trans-Adriatik boru xətti (TAP) layihəsi üzrə sazişin imzalanması mərasimində iştirak etmək üçün Azərbaycana gəlməsi planlaşdırılır.

AzVision.az Yunanıstan mətbuatına istinadla xəbər verir ki, yunanıstanlı Baş nazirin səfəri zamanı bir sıra rəsmi görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının dekabrın 17-də Bakıda qəbul olunması gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır.


Teqlər:





Xəbər lenti