Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq

   Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq
  15 Noyabr 2019    Oxunub:1947
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik edilir.

Azvision.az -ın məlumatına görə, qanuna yeni 11-3-cü maddə ( Məhkəmə Ekspertlərinin Reyestri) əlavə edilir.

Maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək.
Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Məhkəmə   Ekspert   Reyestr   MM  





Xəbər lenti