Yollar yenə buz bağlayacaq - HAVA

Yollar yenə buz bağlayacaq - HAVA
  14 Dekabr 2013    Oxunub:1096
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
AzVisionaz. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 15-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti