AMEA prezidenti Abutalıbovu axtarır

AMEA prezidenti Abutalıbovu axtarır
  14 Dekabr 2013    Oxunub:1275
Doktoranturaya qəbul imtahanları yanvarın birinci yarısından başlayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) şəhərciyinin həyətindəki fəvvarənin AMEA-nın sərəncamına verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA prezidenti Akif Əlizadə deyib.

A. Əlizadə bildirib ki, AMEA fəvvarə ilə bağlı fikrindən dönməyəcək: “Dünən də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu axtardım, tapmadım. Bizim bu məsələdə fikrimiz qətidir”.

AzVision.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bildirib.

A.Əlizadə daha sonra AMEA-da magistraturanın yaradılmasından söz açıb. Bildirib ki, bu məsələyə hazırda baxılır.

“AMEA-nın magistraturasının yaradılması məsələsinə baxılmaqdadır. Buna mane olan heç bir şey yoxdur. Bu məsələ tam həllini tapandan sonra ictimaiyyətə məlumat veriləcək. Ümumilikdə bu il AMEA-da uğurlu işlər həyata keçirilib, bəzi islahatlar aparılıb. İslahatlar AMEA rəyasət heyətində başa çatdırılıb və hazırda institutlarda həyata keçirilir.

İnstitutlarda müəyyən problemlər var. 2014-2020-ci ilə qədər institutların strukturları, proritet istiqamətləri və proqramlarını müəyyən etmək ən mühüm məsələlərdən biridir.

Bəzi institut direktorlarının təyin etməsi məsələsinə münasibət bildirən A.Əlizadə qeyd edib ki, bu yaxınlarda AMEA-da institutlar üzrə yaranmış vakansiylar elan ediləcək və AMEA-nın nizamnaməyəsinə uyğun olaraq onların seçilməsi fevral-mart aylarında həyata keçiriləcək.

“Orada 10-dan artıq vakansiya olacaq. Müəyyən direktorlar institutlarda vəzifə tuturlar, amma nizamnaməyə uyğun olaraq 5 ildən bir təyin edilməlidir. Növbəti vakansiya zamanı da 5 illik müddəti bitmiş direktor yerlərinə müsabiqə yolu ilə təyinatlar olacaq”.



Teqlər:  





Xəbər lenti