Türkiyə “S-400”lərdən imtina etməyəcək - Ərdoğan

   Türkiyə “S-400”lərdən imtina etməyəcək -    Ərdoğan
  14 Noyabr 2019    Oxunub:2196
Türkiyə ABŞ-ın "S-400" zenit-raket komplekslərindən imtina etmək barədə tələbini suveren hüquqların pozulması hesab edir.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Tramp ilə görüşün nəticələrini şərh edərkən deyib.

Ərdoğan Türkiyənin "S-400"lərdən imtina etməyəcəyini bildirib: "S-400" zenit-raket komplekslərindən tam imtina edərək ABŞ-ın “Patriot” sisteminə keçilməsi tələbini doğru saymırıq. Biz “Patriot” sistemini ala biləcəyimizi, onları alarkən "S-400" komplekslərindən imtina etməyəcəyimizi demişik. Bu, bizim suveren hüququmuzdur".

Azvision.az



Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti