Müdafiə Nazirliyindən işdən çıxan zabitlərə XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən işdən çıxan zabitlərə XƏBƏRDARLIQ
  14 Dekabr 2013    Oxunub:1245
Müdafiə Nazirliyi son günlər bəzi mətbu orqanlarda nazirliklə bağlı dərc olunan informasiyaları təkzib edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, son günlər Silahlı Qüvvələrlə bağlı mətbuatda yenə müxtəlif səpkili, qərəzli və çox vaxt həqiqətə uyğun olmayan yazılar dərc olunur.

Bildirilib ki, əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, tutduqları vəzifələrdə müəyyən şəxsi mənafelər güdməklə nöqsanlara yol vermiş və bu səbəbdən də ordu sıralarından kənarlaşdırılaraq, xidmətdən təcrid edilmiş bəzi keçmiş hərbi qulluqçular kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.

“Bu cür dezinformasiya xarakterli məlumatları yayanlar Silahlı Qüvvələrdə hazırda həyata keçirilən islahat və quruculuq işləri nəticəsində əldə olunmuş uğurlara kölgə salmağa cəhd edirlər.
Müdafiə Nazirliyi dövlətin ərazisinin, müstəqilliyinin və suverenliyinin qorunmasının əsas təminatçısı olan Silahlı Qüvvələrimizə qarşı yönəlmiş bu kimi kampaniyalara son qoymağa dəvət edir, kütləvi informasiya vasitələrinə hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmasını və dəqiqləşdirildikdən sonra verilməsini tövsiyə edir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti