Azvision.az -ın məlumatına görə, kampaniya çərçivəsində 14-15 noyabr tarixlərində cəbhə bölgəsində yerləşən Ağdam rayonunun Çəmənli və Ayaqqərvənd kəndlərində məktəblilər üçün informasiya texnologiyalarının əsasları, sosial media marketinqi, mühəndislik və mexanika mövzuları üzrə təlimlər keçiriləcək.
Təlim çərçivəsində məktəblilərə sertifikat və hədiyyələr təqdim ediləcək. Məktəbə isə nazirlik tərəfindən kompüter və printer hədiyyə olunacaq.
Azvision.az