Bu il 500-ə yaxın azərbaycanlı Almaniyadan deportasiya edilib

 Bu il 500-ə yaxın azərbaycanlı Almaniyadan deportasiya edilib
  14 Noyabr 2019    Oxunub:3815
Son iki il ərzində Almaniyada qanunsuz miqrasiyaya qarşı ciddi tədbirlər görülür. Bunun nəticəsində bu ilin yanvarından yaz aylarına qədər 500-ə yaxın azərbaycanlı Almaniyadan deportasiya olunub.
Bunu Azvision.az -a açıqlamasında Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev deyib.

Onun sözlərinə görə, elə vaxt olub ki, bir gündə 50 ailə Almaniyadan deportasiya edilib: “Yalançı məlumatlarla Almaniyaya gələn insanların deportasiya olunması prosesi sürətlənib. Məsələn, bu ilin yanvarından yaz aylarına qədər 500-ə yaxın azərbaycanlı Almaniyadan deportasiya olunub. Halbuki onlar arasında 8-9 il bu ölkədə yaşayanlar da var. Əvvəllər qanunsuz gələnlər 10-12 il Almaniyada yaşayırdılar. Sonra humanitar əsaslarla oturum alırdılar. İndi vəziyyət dəyişib. Dərhal köhnə dosyelərə baxılır və neçə il yaşamasından asılı olmayaraq, bəzi miqrantlar ölkədən deportasiya olunur”.

R.Quliyev qeyd edib ki, proses yeni və köhnə gələnlər arasında fərq qoyulmadan aparılır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Mühacir   Biznes   Almaniya   Deportasiya  





Xəbər lenti