“Vergi ödəyicilərinin sayı 10,1 faiz artıb” - Mikayıl Cabbarov

“Vergi ödəyicilərinin sayı 10,1 faiz artıb” -    Mikayıl Cabbarov
  14 Noyabr 2019    Oxunub:3143
Vergi islahatlarının həyata keçirilməsində və inzibatçılığında xüsusi diqqət verdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında 44 608 artım olub: “Başqa sözlə, 10,1 faiz vergi ödəyicilərinin sayında artım qeydə alınıb. O cümlədən, Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayında 32, 9 faiz və ya 5941 ƏDV ödəyicisi, obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Mikayıl-Cabbarov   Nazir   Milli-Məclis  





Xəbər lenti