“ASAN xidmət”ə 34 milyonuncu vətəndaş müraciəti - FOTOLAR

  14 Noyabr 2019    Oxunub : 1461
 “ASAN xidmət”ə 34 milyonuncu vətəndaş müraciəti - FOTOLAR
“ASAN xidmət”ə 34 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu müraciət 3 saylı Bakı ASAN xidmət mərkəzinə Günay Əliyeva tərəfindən edilib.



O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən məhkumluq barədə arayışların verilməsi xidmətindən yararlanıb. 34 milyonuncu müraciətin sahibi kimi Günay Əliyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.



Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişliŞəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Azvision.az

Teqlər: ASAN-xidmət