“Əhaliyə istilik maya dəyərindən ucuz satılır” - Açıqlama

  14 Noyabr 2019    Oxunub : 1196
“Əhaliyə istilik maya dəyərindən ucuz satılır” - Açıqlama
"Azəristiliktəhcizat" ASC-nin sədr müavini İlham Mirzəliyev qurumun özəlləşməsi məsələsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, ASC rəsmisi bununla bağlı Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırıb.

Onun sözlərinə görə, bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır: "Bu da onun sosial əhəmiyyəti ilə əlaqədardır. Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır. Hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Özəlləşdirmənin olması məsələnin həlli deyil. Bu səbəbdən biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

İ. Mirzəliyev istilik sisteminin tariflərin artırılmasından da danışıb: "Hazırda hesablamalar aparılır, amma bu, qiymətlərin artması anlamına gəlməyəcək".

Aytən Zəhra
Azvision.az

Teqlər: “Azəristiliktəchizat”