Büdcənin II oxunuşda müzakirə ediləcəyi vaxt açıqlandı

  13 Noyabr 2019    Oxunub : 729
 Büdcənin II oxunuşda müzakirə ediləcəyi vaxt açıqlandı
Büdcə zərfinə daxil olan sənədlərin parlamentdə II oxunuşda müzakirə ediləcəyi tarix məlum olub.
Azvision.az xəbər verir ki, parlamentin noybarın 26-da keçirilməsi nəzərdə tutulan plenar iclasında büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirə olunacaq.

Qeyd edək ki, büdcə zərfinə "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri daxildir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MilliMəclis   İclas