Deputat Njdenin xatirə lövhəsini qara rəngə boyadı

  13 Noyabr 2019    Oxunub : 983
Deputat Njdenin xatirə lövhəsini qara rəngə boyadı
Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist Qareqin Njdenin xatirə lövhəsini qara rənglə boyayıb.
Azvision.az xəbər verir ki, deputat şəhər ərazisində belə abidənin olmasını rüsvayçılıq adlandırıb.

O bildirib ki, xatirə lövhəsinin sökülməsi üçün Armavirin regional və yerli rəhbərliyinə, “Rusiya Erməniləri Birliyi”nin yerli şöbəsinə verilən iki həftəlik müddət bitib.

Deputat hesab edir ki, Armavirdə qondarma erməni legionerinə məxsus abidənin olması qəbuledilməzdir.

Qeyd edək ki, Vinoqradov daha əvvəl lövhənin söküləcəyi ilə bağlı verilən vədlərin yerinə yetirilməyəcəyi halda bu məsələni müstəqil şəkildə həll edəcəyini bildirmişdi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: QareqinNjde