İŞİD-ə qoşulan 29 azərbaycanlı Türkiyədən deportasiya ediləcək

  13 Noyabr 2019    Oxunub : 969
 İŞİD-ə qoşulan 29 azərbaycanlı Türkiyədən deportasiya ediləcək
Türkiyədən deportasiya ediləcək İŞİD terror qruplaşmasının üzvü olan xarici vətəndaşların sayı açıqlanıb.

Azvision.az -ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfi yaxın vaxtlarda İŞİD üzvü olan 959 xarici vətəndaşı öz ölkələrinə deportasiya edəcək. Onlardan 29 nəfəri Azərbaycan vətəndaşıdır.
Ümumilikdə Türkiyədən deportasiya olunacaq şəxslərdən 147-si uşaqdır. Onların valideynləri Suriyadakı döyüşlərdə öldürülüb.

Saxlanılan şəxslərin bu ayın sonuna kimi deportasiyası gözlənilir.

Azvision.az

Teqlər: İŞİD   Türkiyə