“Mənəviyyatımızın kökündə dayanan müəllimdir” - YENİLƏNİB

“Mənəviyyatımızın kökündə dayanan müəllimdir” - YENİLƏNİB
  14 Dekabr 2013    Oxunub:1386
Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı öz işinə başlayıb.

AzVision.az-ın məlumatına görə, Azərbaycanın bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda təhsil naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçiləri, QHT nümayəndələri, nüfuzlu müəllim və ziyalılar iştirak edir.

Ümumilikdə, qurultaya 900 yaxın təhsil ictimaiyyətinin nümayəndələri qatılıb. Hər 5 ildən bir keçirilən qurultayda ölkə təhsilinin inkişafında görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” irəli gələn məsələlər, qarşıya qoyulan vəzifələr müzakirə olunacaq.

Tədbirdə ilk açılış nitqi ilə təhsil naziri Mikayıl Cabbarov çıxış edib. Nazir bildirib ki, 107 il bundan qabaq 1906-cı ildə Azərbaycan müəllimlərinin ilk qurultayı keçirilib. Sonra isə prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu oxunub.

***

Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XIV qurultayının iştirakçılarına təbrik məktubu göndərib.

AzVision.az-ın məlumatına görə, məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Ölkə başçısı məktububda Azərbaycan müəllimlərini təbrik edərək onlar yeni nailiyyətlə arzulayıb.

“Hörmətli qurultay iştirakçıları, sizi və sizin simanızda bütün Azərbaycan müəllimlərini səmimi qəlbdən salamlayır, hamınıza can sağlığı və xoşbəxtlik, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşıdırılmasında böyük xidmətləri vardır.

Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunmuşdur. Azərbaycannın əldə etdiyi bütün nəaliyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Təhsil sistemində həyata keçirilən bütün işlər, o cümlədən son 10 il ərzində 2700 məktəbin tikilməsi, təhsilin maliyyələşdirilməsinin artırılması, idarə edilməsinin təkmilləşdirilməsi və digər islahatlar bütövlükdə təhsilimizin aparıcı qüvvəsi olan müəllimin mövqeyinin gücləndirilməsi üçün möhkəm zəmin yaradıb. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının qəbul olunmasından sonra keçirilın qurutlayınızın Azərbaycan müəllimlərinin əvvəlki ali məclislərindən fərqləndirən mühüm hadisədir. Strategiya qarşıdakı dövür üçün milli təhsil sisteminin proritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli yeni vəzifələr qoyur. Onun tələbi sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricinlərinin ən yüksək səviyyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəlliminin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir. Qurultayınızın ötən müddət ərzində görülən işləri obyektiv qiymətləndirəcəyinə, tale yüklü məsələlər ətrafında müzakirələrin və qərarların ölkənin təhsil sisteminin təkmilləşdirlməsinə öz layiqli töhfəsini verəcəyinə ümidvar olşduğumu bildirib hər birinizə uğurlar arzu edirəm”-deyə prezidentin məktubunda qeyd edilib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti