İmişlidə gənclərlə görüş təşkil edilib

İmişlidə gənclərlə görüş təşkil edilib
  12 Noyabr 2019    Oxunub:1508
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli Gənclər Mərkəzində “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində şair, publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin rayon gəncləri ilə görüşü keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, İmişli rayon Təhsil şöbəsinin müdiri Ələmdar Quliyev, müdir müavini Vahid Tağıyev, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mirzə Əliyev, müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycanın mədəniyyətinin, tarixinin, ədəbiyyatının, milli kimliyimizin, ümumilikdə dəyərlərimizin gənclər arasında təbliğinin vacibliyi qeyd olunub. Milli və mənəvi dəyərlərimizin əsrlər boyu yaşadılaraq bu günədək gəlib çatmasında şifahi və yazılı ədəbiyyatımızın xüsusi rolunu vurğulayan şair, publisist Qəşəm Nəcəfzadə qeyd edib ki, dastanlarımızda, digər folklor nümunələrimizdə, şeir və poemalarımızda, nəsr əsərlərmizdə hər zaman xalqımızın özünəməxsus dəyərləri obrazlı, poetik bir şəkildə özünü göstərib.

Yekunda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində şair, publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin iştirakı ilə növbəti görüş noyabrın 13-də Cəlilabad rayonunda keçiriləcək.

Azvision.az



Teqlər: İmişli  





Xəbər lenti