Kreml Nazarbayevin təklifinə “yox” demədi

 Kreml Nazarbayevin təklifinə “yox” demədi
  12 Noyabr 2019    Oxunub:1594
Kreml Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin Moskva ilə Kiyev arasında münasibətlər yaratmaq istəyini yüksək qiymətləndirir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Daha əvvəl Nazarbayev Qazaxıstanda Vladimir Putinlə Vladimir Zelenski arasında görüş keçirilməsini təklif edib. O bildirib ki, Ukrayna lideri artıq "neytral platformada" danışıqlara razılıq verib.

Peskov da öz növbəsində vurğulayıb ki, Rusiya lideri heç vaxt Zelenski ilə görüşdən imtina etməyib, amma indi hamı diqqətini "Normand formatı"nın hazırlanmasına yönəldib.

“Rusiya lideri hesab edir ki, görüş xatirinə görüş az fayda gətirəcək və o, yaxşı hazırlanmalıdır. Bununla əlaqədar olaraq, hazırda biz hamımız "Normand formatı" proseslərinin hazırlığına konsentrasiya olunmuşuq. Bunun üçün təbii ki, tərəflər Minskdə üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirilməlidirlər”, - deyə Peskov əlavə edib.

Onun sözlərinə görə, Putin hər zaman Kiyevlə Moskva arasındakı münasibətlərin canlandırılmasının və onların normal səviyyəyə qayıtmasının tərəfdarı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti