Bakıda evlərdən 28 minlik oğurluq edilib

Bakıda evlərdən 28 minlik oğurluq edilib
  12 Noyabr 2019    Oxunub:1766
Bakıda oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayəti də məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan H.Bağırovun ətrafında Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən 17 000 manat, 10 050 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilib.

Bundan başqa oğurluq etdiyinə görə tutulan N.Vəliyevin ətrafında Binəqədi Rayon Polsi İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 1000 manat, 300 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd DVD aparatı oğurlaması da müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Ev   Cinayət  





Xəbər lenti