Abşeron sakini Göyçayda qarət edilib

  12 Noyabr 2019    Oxunub : 874
Abşeron sakini Göyçayda qarət edilib
Göyçay Rayon Polsi Şöbəsinə müraciət edən Abşeron rayon sakini İ.Niftiyev noyabrın 9-da axşam saatlarında şəhər ərazisində 2 nəfərin onu bıçaqla hədələyib 120 manatını, mobil telefonunu və qol saatını almalarını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin açıq talama yolu ilə törədilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri Ə.Əsgərov və X.Əhmədov saxlanılıb.

Azvision.az

Teqlər: DİN