İşə müəllimlikdən başlayan icra başçısı - DOSYE

 İşə müəllimlikdən başlayan icra başçısı -  DOSYE
  12 Noyabr 2019    Oxunub:6737
Xəbər verdiyimiz kimi, bu gün Zərdabın icra başçısı dəyişdirilib. Prezident İlham Əliyevin sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Zərdaba yeni başçısı təyin edilib.
Azvision.az xəbər verir ki, M.Camalov 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983-1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirib.

O, əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayonunun Ağacanlı kənd məktəbində müəllim kimi başlayıb. 1981-1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989-1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993-1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995-1996-cı ildə “Azəriqaz” Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996-2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləyib.

M.Camalov Prezidentin 18 aprel 2005-ci il tarixli sərəncamı ilə Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

1997-ci ildən YAP-ın üzvüdür. Ailəlidir, 4 övladı var.

Aytən Zəhra
Azvision.az


Teqlər: Zərdab   Təyinat  





Xəbər lenti