Şirvanın yeni başçısı haqqında maraqlı faktlar

 Şirvanın yeni başçısı haqqında maraqlı faktlar
  12 Noyabr 2019    Oxunub:15218
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Namaz oğlu Abbasov vəzifəsindən azad edilib. Digər sərəncamla İ.Abbasov Şirvanın icra başçısı təyin edilib.
Azvision.az xəbər verir ki, İlqar Namaz oğlu Abbasov 12 fevral 1958-ci ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib və 12 noyabr 2019-cu ilədək bu vəzifədə çalışıb.

Prezidentin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Şirvan   İcra-başçısı   DOSYE  





Xəbər lenti