Türkiyəli hərbçilər suriyalılara yardım etdi - FOTOLAR

  12 Noyabr 2019    Oxunub : 877
Türkiyəli hərbçilər suriyalılara yardım etdi - FOTOLAR
Suriyanın Tel Abyad və Rəsulaynı vilayətlərini PKK/YPG terror təşkilatından təmizləyən Türkiyə hərbçiləri yerli vətəndaşlara köməklik edib.
Azvision.az Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Sülh Çeşməsi” əməliyyatının keçirildiyi bölgədəki kəndlərə qədər gedib çıxan Mehmetciklər digər müvafiq qurumların dəstəyi ilə yardım paylayıb və tibbi xidmətlər göstərib.



Bu çərçivədə Rəsulaynın şərqindəki Bibarkiye kəndində də ehtiyacı olan insanlara həm yardım paylanıb, həm də tibbi müayinələr keçirilərək ehtiyacı olan xəstələrə müalicə xidmətləri göstərilib.



Həmçinin Rəsulaynın şərqində yerləşən Maşrafat kəndində də Türkiyədən göndərilən humanitar yardım paketləri Mehmetciklər tərəfindən etibarlı şəkildə suriyalı vətəndaşlara çatdırılıb.






Azvision.az


Teqlər: Türkiyə   Suriya