Boliviyanın istefa verən prezidenti ölkəni tərk edib

Boliviyanın istefa verən prezidenti ölkəni tərk edib
  12 Noyabr 2019    Oxunub:1832
Prezidentlik postundan istefa verən Evo Moralesin olduğu təyyarə Boliviyadan Meksikaya uçub.
Azvision.az xəbər verir ki, bu barədə “Twitter” səhifəsində Meksikanın xarici işlər naziri Marselo Ebrard məlumat verib.

XİN rəhbəri bildirib ki, mövcud beynəlxalq konvensiyalara əsasən, Morales Meksika tərəfindən qorunur və onun həyatı, sağlamlığı üçün təhlükə yoxdur.

Morales daha əvvəl ölkədən ayrıldığını və ona siyasi sığınacaq verən Meksikaya getdiyini söyləyib. Eyni zamanda, o, daha böyük güc və enerji ilə tezliklə qayıtmaq niyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, 20 oktyabrda keçirilmiş prezident seçkilərində Morales ilk turda qalib gəlib, ancaq əsas rəqibi Karlos Mesa səsvermənin nəticələrini tanımayıb.

Bazar günü Boliviya silahlı qüvvələri Moralesi ölkədə sabitliyin təmin edilməsi üçün istefaya çağırıb. Bundan sonra Morales istefa verdiyini açıqlayıb. Ölkənin digər yüksək vəzifəli şəxsləri də istefa verib, hakimiyyəti Senatın müxalifətdən olan vitse-spikeri Janin Anes qəbul etməlidir.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boliviya   Morales  





Xəbər lenti