Prrezident qızları məhkəmədə görüşəcək

Prrezident qızları məhkəmədə görüşəcək
  14 Dekabr 2013    Oxunub:1014
Özbəkistan prrezidentinin qızları açıq savaşa başlayır.
Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova onu narkotik maddə istifadə etməkdə və korrupsiyada iştirakda günahlandıran bacısı Gülnarə Kərimovanı məhkəməyə vermək niyyətində olduğunu deyib.

AzVision.az “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, hazırda Özbəkistanın YUNESKO-dakı təmsilçisi olan Lola Kərimova bu məlumatı öz rəsmi saytında yerləşdirib.

L.Kərimova yazıb: “Son vaxtlar müxtəlif nəşrlər mənə 12 ildir danışmadığım bacım Gülnarə Kərimovanın mənə və ərimə qarşı ittihamları şərh etmək xahişi ilə müraciət edirlər”.

Atası və anası ilə münasibətləri düşmənçilik səviyyəsində olan G.Kərimova bir müddət əvvəl Türkiyənin “Hürriyet” qəzetinin suallarını cavablandırarkən iddia edib ki, bacısı L.Kərimova narkotikdən istifadə edir. Onun əri Timur Tilyayevin rəhbərlik etdiyi və dövriyyəsi 20 milyon dollar olan “Əbu-Sahiy” bazarı isə vergi ödənişində “böyük bir qara ləkədir”.

Lola Kərimova isə məhz bu ittihamları özünə qarşı təhqir və onun işgüzar nüfuzuna xələl gətirən böhtan adlandıraraq böyük bacısı ilə məhkəmə dilində danışmaq qərarına gəlib. Onun sözlərinə görə, artıq özü və əri hüquqşünaslarla məsləhətləşmələr aparırlar. Yada salaq ki, G.Kərimova ilə valideynlərinin və bacısının münasibətləri Lola Kərimovanın bu ilin yayında BBC-yə verdiyi müsahibədən sonra korlanıb. Bundan sonra G.Kərimova özünün twitter səhifəsində bacısı ilə anasının gizli biznesini və sair sirlərini faş edib. Bundan sonra onun ailə üzvləri ilə münasibətləri açıq düşmənçiliyə çevrilib. Hazırda G.Kərimovanın biznes strukturlarında yoxlamalar aparılır, ona yaxın adamlar bir-birinin ardınca həbsə atılır.


Teqlər:





Xəbər lenti