Bakıda “Chevrolet”, Gəncədə “Nissan” yanıb

Bakıda “Chevrolet”, Gəncədə “Nissan” yanıb
  12 Noyabr 2019    Oxunub:1647
Bakı şəhərinin Nizami rayonunda “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Gəncə şəhərinin Kəpəz rayonunda isə “Nissan” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Maşın   Yanıb   FHN  





Xəbər lenti