Seçkidə iştirak etmək üçün 34624 nəfər müraciət edib

Seçkidə iştirak etmək üçün 34624 nəfər müraciət edib
  12 Noyabr 2019    Oxunub:1911
Bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 34624 nəfər müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, namizədlərdən 23799 nəfər imza vərəqəsi götürüb, onlardan 7952 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb. Müraciət edənlərin 68.7 faizi kişilər, 31.3 faizi qadınlardır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Azvision.az



Teqlər: MSK   Seçki   Bələdiyyə  





Xəbər lenti