Sumqayıtda içərisində pul olan seyf oğurlanıb

Sumqayıtda içərisində pul olan seyf oğurlanıb
  11 Noyabr 2019    Oxunub:1971
Sumqayıt şəhərində mağaza qarət edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 9-da şəhər ərazisindəki mağazaların birindən içərisində 1490 manat pul olan seyfi, yaddaş qurğusunu və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Bağırov və E.Nəzərov saxlanılıblar.

Azvision.az



Teqlər: DİN   Sumqayıt   Qarət   Cinayət  





Xəbər lenti