Zərdabda ata oğlunu bıçaqlayıb

  11 Noyabr 2019    Oxunub : 1334
 Zərdabda ata oğlunu bıçaqlayıb
Zərdabda ata oğlunu bıçaqlayıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb.

Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Ata   Oğul   Cinayət   Bıçaqlanma