ASAN könüllülərindən növbəti tamaşa

ASAN könüllülərindən növbəti tamaşa
  11 Noyabr 2019    Oxunub:1513
Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən Nadir Qədimlinin “O yurda bayrağı mən taxacağam” adlı şeirinin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub.
Azvision.az xəbər verir ki, İmişli regional “ASAN xidmət” mərkəzinin teatr səhnəsində reallaşdırılan səhnə işi Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllü qruplarının “Qarabağ: Azərbaycanın ayrılmaz parçası” mövzusu çərçivəsində hazırlanıb.



Tamaşa ilk dəfə 27 oktyabr tarixində Ağdam Dövlət Dram Teatrında 300 nəfər tamaşaçının qarşısında səhnələşdirilib.

ASAN könüllülərinin hazırladığı və vətənpərvərlik ruhunda olan tamaşa Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevə və Xocalıda qəhrəmanlıq göstərmiş yerli əhaliyə ithaf olunub.



Azvision.az


Teqlər: ASAN   Bərdə   Tamaşa  





Xəbər lenti