Bakıda evdən 20 minlik oğurluq olub

Bakıda evdən 20 minlik oğurluq olub
  11 Noyabr 2019    Oxunub:1448
Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 5000 manat, 2300 ABŞ dolları, 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini B.Qurbanov saxlanılıb.

Oğurluqda iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Azvision.az


Teqlər: Bakı   Oğurluq   Pul   Qızıl  





Xəbər lenti