İki gündə 31 cinayətin üstü “isti izlər”lə açılıb

   İki gündə 31 cinayətin üstü “isti izlər”lə açılıb
  11 Noyabr 2019    Oxunub:1331
Həftəsonu (9-10 noyabr) törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Cinayət   DİN   Axtarış  





Xəbər lenti