Göyçayda keçirilən Nar Festivalından FOTOLAR

  10 Noyabr 2019    Oxunub : 16089
 Göyçayda keçirilən Nar Festivalından FOTOLAR
Göyçay rayonunda XIV Nar Festivalı keçirilib.

Azvision.az xəbər verir ki, şəhərin mərkəzində təşkil olunan festival iki gün davam edib. Müxtəlif nar növlərindən hazırlanmış təamlar, şirniyyatlar, nar şirələri, şərablar nümayiş olunub. Ziyarətçilər nardan hazırlanmış təamların dadına baxıblar.
Bununla yanaşı qonaqlar rəssamların əl işlərindən ibarət sərgi ilə də tanış olublar. Festival çərçivəsində musiqili proqram və rəqs qruplarının çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Nar Festivalı 2006-cı ildən etibarən hər il keçirilir. Festivalda 15 mindən çox insan iştirak edir.































FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Göyçay   Nar   Festival