Zaqatalada raket tapılıb

Zaqatalada raket tapılıb
  09 Noyabr 2019    Oxunub:2580
Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Zaqatala rayonu, Uzunqazmalar kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə sərhəd zolağına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan dolu əleyhinə raket (SKY Clear 6, LOZA 2) aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyat-axtarış tədbirləri bu gün də davam etdirilib, raketin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.





Azvision.az



Teqlər: ANAMA   Zaqatala   Raket  





Xəbər lenti