İrandakı zəlzələdə yaralıların sayı artıb

İrandakı zəlzələdə yaralıların sayı artıb
  09 Noyabr 2019    Oxunub:2004
İranda baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 520 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Asoşeyted Press Agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Qeyd edək ki, 8 noyabr tarixində İranın Şimal-Qərbində 5,8 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Təbriz şəhərindən 118 km qərbdə, 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ Azərbaycan ərazisinin sərhəd rayonlarında (Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı) hiss olunub.

Azvision.az



Teqlər: İran   Zəlzələ  





Xəbər lenti