Göyçay və Balakəndə yanğın baş verib

Göyçay və Balakəndə yanğın baş verib
  09 Noyabr 2019    Oxunub:1724
Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 35 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tövləyə bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 80 kq xurma qurusu yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti