Cəlilabadda uşaq ölümü olub

Cəlilabadda uşaq ölümü olub
  09 Noyabr 2019    Oxunub:2704
Cəlilabad rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü olub.
Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova ötən gün gecə saatlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Doğum şöbəsinə yerləşdirilən hamilə qadın təbii doğuşla uşaq dünyaya gətirib. İlkin məlumata görə, uşaq ölü doğulub.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(Report)

Azvision.az


Teqlər: Uşaq   Xəstəxana   Cəlilabad  





Xəbər lenti