Zelenski “McDonald's”da nahar edib - VİDEO

Zelenski “McDonald
  08 Noyabr 2019    Oxunub:2430
Ukrayna Prezidenti Vladimir Zelenski “McDonald's”dan yemək alıb.
Azvision.az xəbər verir ki, Ukrayna liderinin Mak-Auto xidmətindən istifadə edərək nahar sifariş verməsi və onu götürməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Zelenski özü və maşında olan digərləri üçün kofe və şirniyyat da alıb. Yeri gəlmişkən, Ukrayna prezidentinin espresso içdiyi diqqətdən yayınmayıb.

Qeyd edək ki, siyasətçi əvvəllər də “fastfood”a laqeyd qalmayıb. Belə ki, yaz aylarında sosial şəbəkələrdə şaurma şəkli qoyub, bu yeməyi sevdiyini yazması Kiyevdə şaurma satışını artırmışdı.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Zelenski   Nahar  





Xəbər lenti