İstirahət günlərinin hava proqnozu

İstirahət günlərinin hava proqnozu
  08 Noyabr 2019    Oxunub:1597
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 16-21, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 16-21, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 17-21 dərəcə isti təşkil edəcək.

Azvision.az



Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti