Hulusi Akar: "Terrorçular hələ də geri çəkilməyib"
“Biz "Sülh pınarı" əməliyyatını həyata keçirərkən hər hansı bir işğal, müdaxilə və ya başqa bir şey etmirik. Burada ancaq terror təşkilatlarına qarşı əməliyyat keçiririk”
YPG/PKK terror təşkilatının geri çəkilməli olduğu ərazilərdə hələ də qaldığını xatırladan H.Akar deyib: “Həm Rusiya, həm də ABŞ YPG/ PKK-nın bu ərazilərdən çıxarılacağını vəd edib. Yəni onlar həm əməliyyatın keçirildiyi bölgədən, həm də həmin bölgənin şərqindən və qərbindən çıxarılmalı idi. Ancaq hələ də YPG terrorçuları tərəfindən yol verilən çox sayda pozuntu halları var və biz onlara qarşı mübarizə aparırıq. Eyni zamanda Rusiya və ABŞ ilə əməkdaşlıq edərək YPG/PKK-nı həmin ərazilərdən çıxarmalarını tələb edirik.”
Azvision.az